Azərbaycan klubu heyətini amerikalı basketbolçu ilə gücləndirib

20 Sentyabr 2024 09:43 (UTC+04:00)

"Abşeron" klubu heyətini daha bir amerikalı basketbolçu ilə gücləndirib. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Jaja Devislə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Mərkəz hücumçusu mövqeyində çıxış edən basketbolçu son olaraq İrlandiyanın I divizionunda "Tolko Rovers" klubunun şərəfini qoruyub.