Pınar Dəniz və Kaan Yıldırım İtaliyanın paytaxtı Romada nikah masasına oturduqdan sonra İstanbula geri dönüblər. SİA Türkiyə mətbuatına istinadən bildirir ki, onlar 2 günlük Roma tətilinin ardından toyla bağlı qərarlarını açıqlayıblar.
Hava limanında görüntülənən cütlük İstanbulda toy planlaşdırmadıqlarını bildirib. Kaan Yıldırım qısa çıxışında "Çox xoşbəxtik, hər şey xəyal etdiyimiz kimi oldu" sözlərini deyib.