İtaliyada daşqın olub - mindən çox sakin təxliyə edildi

20 Sentyabr 2024 05:16 (UTC+04:00)

İtaliyanın Emiliya-Romaniya vilayətində ardıcıl yağan leysan yağışlar səbəbilə mindən çox insan evlərindən təxliyə edilib. SİA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Cənubi Avropaya yönələn “Boris” qasırğası səbəbindən bölgəyə 48 saat aramsız yağış yağıb. Daşqın nəticəsində evləri su basıb, yollar və küçələr su altında qalıb, qatarların hərəkəti dayandırılıb.

Məlumata görə, daşqınlar nəticəsində iki nəfər itkin düşüb.