ABŞ-ın 25 ştatında COVID-19 virusunun yeni ştammı yayılıb

19 Sentyabr 2024 21:55 (UTC+04:00)

COVID-19 virusunun dünyada yayılmağa başlayan XEC adlı yeni variantı artıq ABŞ ştatlarının yarısında qeydə alınıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, 25 ştatda ştammın xarakterik mutasiyaları ilə ən azı bir yoluxma hadisəsi baş verib. Bəzi ştatlarda yoluxma 15-ə kimi yüksəlib. Tibb mütəxəssisləri daha əvvəl yayılmış ştammlardan fərqli olaraq bu variantla bağlı hələ ki, ciddi narahatlıq ifadə etməyiblər.

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri virusun yanvarın ortalarında pik həddə çatacağını proqnozlaşdırıblar.