Hakan Fidan Livandakı partlayışları qiymətləndirib

19 Sentyabr 2024 19:36 (UTC+04:00)

Türkiyənin xarici işlər naziri Hakan Fidan Livandakı rəqəmsal terror hücumlarını qiymətləndirib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

"Anadolu Agentliyi"nə müsahibəsində Hakan Fidan son iki gündə Livanda rabitə qurğuları və radioqəbuledicilərin partlaması ilə bağlı sualları cavablandırıb.

Hakan Fidan Qəzza zolağına hücumlar başlayandan sonra Türkiyənin İsrailin bir strategiyası olduğunu və Qəzza ilə bağlı hesablamalarını gördükdən sonra hücumlarını Livana yönəldəcəyini bəyan etdiyini vurğulayıb.

Xarici işlər naziri Hakan Fidan Türkiyədə müstəqil kibertəhlükəsizlik təşkilatının yaradılacağını vurğulayıb.