Son bir həftədə 50 terrorçu zərərsizləşdirilib

19 Sentyabr 2024 18:23 (UTC+04:00)

Son bir həftə ərzində İraq və Suriyanın şimalında aparılan əməliyyatlarda separatçı terror təşkilatı PKK/YPG-nin 50 üzvü zərərsizləşdirilib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu barədə Milli Müdafiə Nazirliyində keçirilən mətbuat konfransında məlumat verilib.

Yanvarın 1-dən bu günə qədər zərərsizləşdirilən terrorçuların sayı 2013-ə çatıb. Onlardan 1017-si İraqın şimalında, 996-sı isə Suriyanın şimalında zərərsizləşdirilib.