Ukrayna Silahlı Qüvvələri Rusiyanın tank alayını məhv edib

19 Sentyabr 2024 18:14 (UTC+04:00)

…2024-cü ilin yanvar-avqust aylarında müharibə zamanı məhv edilən 26-cı tank alayının 94 həlak olmuş rus əsgərinin siyahısı internetə sızıb.

SİA-nın əldə etdiyi məlumata görə, Rusiya kəşfiyyat xidmətləri ilə əlaqəli olan “Spy Dossier” Telegram kanalının nəşri sayəsində internetdə geniş siyahı yaranıb.

Dərc edilmiş materiallara görə, 47-ci tank diviziyasının tərkibində olan alay Kupyansk yaxınlığından Volçanskoye istiqamətinə köçürülüb. Ölənlərin hamısı Mulinoda (Nijni Novqorod vilayəti) yerləşən 54096 saylı hərbi hissənin hərbçiləridir.

Əli Babayev