''Bayraktar Kızılelma'' növbəti uçuşunu uğurla həyata keçirdi

19 Sentyabr 2024 17:46 (UTC+04:00)

''Bayraktar Kızılelma''nın üçüncü prototipinin sınaqları davam edir. "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar pilotsuz döyüş təyyarəsinin müvəffəqiyyətlə tamamlanan növbəti sınağının görüntülərini paylaşdı.

SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Videoda "Kızılelma" pilotsuz döyüş təyyarəsinin havaya qalxdıqdan sonra uğurla eniş zolağına geri döndüyü anlar yer alır. Bu görüntülər "X" istifadəçiləri tərəfindən böyük maraqla qarşılanıb.