Azərbaycanın akrobatika gimnastları dünya çempionatında finala yüksəliblər

19 Sentyabr 2024 17:20 (UTC+04:00)

Azərbaycanın akrobatika gimnastları Portuqaliyanın Qimarayeş şəhərində keçirilən dünya çempionatında finala yüksəliblər. SİA xəbər verir ki, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü temp hərəkətlərində həlledici mərhələyə vəsiqə qazanıb.

Onların çıxışı hakimlər tərəfindən ümumilikdə 27.020 xalla qiymətləndirilib.

Qeyd edək ki, bu gün start götürən turnirə sentyabrın 22-də yekun vurulacaq.