“Neftçi” Qara Qarayevin komandadan ayrıldığını açıqlayıb

19 Sentyabr 2024 16:35 (UTC+04:00)

“Neftçi” futbolçusu Qara Qarayev ilə yollarını ayırdığını açıqlayıb. SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

“Neftçi”yə 2023-cü ilin iyulunda transfer olunmuş futbolçu “ağ-qaralar”ın heyətində 28 rəsmi oyunda 1 qol vurub.