"Milan" onu qovmaq istəyir

19 Sentyabr 2024 15:19 (UTC+04:00)

"Milan"ın baş məşqçisi Paulo Fonseka istefaya göndərilə bilər. SİA xəbər verir ki, bu barədə insayder Nikolo Şkira məlumat yayıb.

Mənbənin sözlərinə görə, klub rəhbərliyinin bəzi üzvləri Çempionlar Liqasında “Liverpul”a məğlubiyyətdən (1:3) sonra 51 yaşlı portuqaliyalını vəzifəsindən uzaqlaşdırmağı düşünməyə başlayıblar.

Şkiranın həmkarı Mauritsio Pistokki isə iddia edir ki, Fonseka A Seriyasının 5-ci turunda “İnter”lə derbi oyununda uduzacağı təqdirdə qovulacaq.

Qeyd edək ki, Fonseka bu ilin iyulundan İtaliya klubuna başçılıq edir. Onunla 3 illik müqavilə imzalanıb. "Milan" onun rəhbərliyi altında 5 oyun keçirib - 1 qələbə, 2 heç-heçə və 2 məğlubiyyət.