Baş məşqçi istefaya göndərilib

19 Sentyabr 2024 14:05 (UTC+04:00)

Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası baş məşqçisi Sergey Yakiroviçlə yollarını ayırıb. SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, mütəxəssislə əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyulub.

Buna Zaqreb təmsilçisinin ölkə çempionatında “Hayduk”a 0:1 və UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda Almaniyada “Bavariya”ya 2:9 hesablı məğlubiyyətlər səbəb olub.

S.Yakiroviç 2023-cü ilin yayından Zaqreb təmsilçisinə rəhbərlik edirdi.

Qeyd edək ki, “Dinamo” bu mövsüm Çempionlar Liqasının pley-off mərhələsində iki oyunun nəticəsinə əsasən (5:0) “Qarabağ”ı mübarizədən kənarlaşdırıb.