Ağdam Sənaye Parkında yeni müəssisələr istifadəyə verilib

19 Sentyabr 2024 13:20 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam Sənaye Parkında Havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları istehsalı zavodunun açılışında iştirak edib. SİA bu barədə Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir.