Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir - FOTOLAR

19 Sentyabr 2024 13:37 (UTC+04:00)

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Novxanı Atçılıq Mərkəzində Peşəkar Çövkən Liqasının l dövrəsi 9-cu turun oyunları ilə yekunlaşıb. SİA xəbər verir ki, Sentyabrın 17-də saat 16:00-da “Zəfər” və“Ağstafa Dilbaz” çövkən komandaları arasında baş tutan gərgin mübarizə “Zəfər” komandasının 9-0hesablı böyük üstünlüyü ilə, saat 17:00-da“Sərhədçi” və “Embawood” komandaları arasında keçirilən günün ikinci oyunu “Sərhədçi” komandasının 3-0 hesablı qələbəsi ilə, günün son oyunu isə saat 18:00-da “Polad” və “Köhlən” komandaları arasında keçirilib. Baş tutan mübarizə “Polad” komandasının 5-0 hesablı qələbəsi ilə başa çatıb.

Turun növbəti oyunları sentyabrın 18-də keçirilib. Saat 16:00-da baş tutan ilk qarşılaşma“Omar” komandasının “Qarabağ” komandası üzərində 3-0 hesablı qələbəsi, saat 17:00-da baş tutan qarşılaşma “Elit” komandasının“Şirvan” komandası üzərində 6-0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 10 komandanın mübarizə apardığı Peşəkar Çövkən Liqasında ll dövrənin 1-ci turunun oyunları 24-25 sentyabr 2024-cü il tarixlərində baş tutacaq.

https://youtu.be/vSjIQ_mhf1E?si=YpsuZSJYt2QQDg-M