4 metrlik piton evə girərək qadına hücum etdi

19 Sentyabr 2024 12:44 (UTC+04:00)

Tailandda evinə girən 4 metrlik pitonun qucaqladığı qadın xilas olmaq üçün iki saat gözləyib. Həmin anlar sosial medianı silkələyib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Tailandda nəhəng piton evə girərək qadına qorxulu anlar yaşadıb.

Təxminən 4 metr uzunluğunda olan ilan qadını bərk-bərk sararaq onu hərəkətsiz qoyub. Qadın bu qorxulu vəziyyətdən çıxmaq üçün iki saat kömək gözləməli olub. Hadisə yerinə gələn xilasetmə qrupları pitonu qadının üzərindən çıxara biliblər.