SOCAR Bilik Günü münasibətilə xüsusi tədbir keçirib - FOTOLAR

19 Sentyabr 2024 12:49 (UTC+04:00)

Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində Bilik Günü münasibətilə xüsusi tədbir keçirilib. SİA bu barədə SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, cari tədris ilində təlim mərkəzlərində 565 nəfər yeni qəbul edilmiş şagird tədris prosesinə başlayıb.

Şirkət bütün şagirdlərə gələcək peşə yolunda uğurlar arzu edib.