Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak edən milli üzvləriylə görüşüb. Azərbaycan Şahmat Federasiyasından SİA- ya verilən məlumata görə, səfirlikdə baş tutan görüşdə federasiyanın prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov, vitse-prezidenti Faiq Həsənov, baş katibi İlahə Qədimova, eləcə də yığmanın məşqçi heyəti iştirak edib.
Səfir ölkəmizi beynəlxalq yarışlarda təmsil edən Azərbaycan şahmatçılarına uğurlar arzulayıb.