Elxan Məmmədov FIFA-da yeni vəzifəyə təyin olunub

19 Sentyabr 2024 11:40 (UTC+04:00)

FIFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov yeni vəzifəyə təyin olunub. SİA qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, FIFA-da Üzv Assosiasiyaların direktoru vəzifəsinə təyin edilib.

AFFA-nın sabiq icraçı vitse-prezidentinin müavini isə Jelson Fernandeş olub.

Qeyd edək ki, E.Məmmədov noyabrın 1-dən etibarən yeni vəzifəsinin icrasına başlayacaq.