"Sərgi problemlərin həllinə kömək edən bir platformadır" - Aparat rəhbəri

19 Sentyabr 2024 11:08 (UTC+04:00)

““ADEX” sərgisi Azərbaycan Respublikasının və dünya şirkətlərinin hərbi-sənaye komplekslərinin gücü və qüdrətinin genişmiqyaslı nümayişi, hərbi-texniki sahədə yerli və xarici ekspertlər arasında konstruktiv ünsiyyət, təcrübə mübadiləsi və səmərəli əlaqələrin qurulmasına şərait yaradır. Tədbiri ziyarət edən peşəkarlar müxtəlif ölkələri təmsil edən şirkətlərin təqdim etdiyi müdafiə kompleksindəki yeniliklərlə, həmçinin Azərbaycanın güc strukturlarının satınalma potensialı ilə tanış ola biləcəklər”. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri Samir Ağabalayev Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” sərgisinin mətbuat konfransında çıxış edərkən deyib.

Samir Ağabalayev sözlərinə belə davam edib: “Sərgi əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi üçün əlverişli şəraitin yaradılmasına töhfə verəcək və dövlətin, cəmiyyətin daxili təhlükəsizliyinin təmin edilməsi üçün tətbiq olunan problemlərin həllinə kömək edən bir platformadır”.

Ayşən Vəli