Dələduzluqda şübhəli bilinən şəxs tutulub

19 Sentyabr 2024 10:24 (UTC+04:00)

Bakıda iki nəfərə qarşı dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iki nəfəri aldadaraq ümumilikdə hesabına 20 000 manat ödətdirməkdə şübhəli bilinən, əvvəllər də dələduzluğa görə məhkum olunmuş 38 yaşlı E.Qəhrəmanlı müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.