Azərbaycanın neftinin qiyməti cüzi azalıb

19 Sentyabr 2024 09:59 (UTC+04:00)

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycanın neftinin qiyməti cüzi azalıb. SİA xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,04 ABŞ dolları azalaraq 76,97 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, ötən gün "Azeri Light" 77,01 dollara ticarət edilib.