Bakıda 18 yaşlı sürücü piyadanı vuraraq öldürüb

19 Sentyabr 2024 09:30 (UTC+04:00)

Bakıda avtomobil piyadanı vuraraq öldürüb. SİA xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb.

2006-cı il təvəllüdlü Ayaz Sultanov idarə etdiyi "AUDİ A6" markalı avtomobillə piyada, 1972-ci il təvəllüdlü Kəklik Əliyevanı vuraraq öldürüb.

Faktla bağlı cinayət işi başlanılıb.