Bakıda 19 yaşlı gənc bıçaqlanıb

19 Sentyabr 2024 09:04 (UTC+04:00)

Bakının Xətai rayonunda 19 yaşlı gənc bıçaqlanıb. SİA xəbər verir ki, 2005-ci il təvəllüdlü Nəsirov Elmir Ramil oğlu naməlum şəxs tərəfindən çoxsaylı bıçaq xəsarətləri alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki bud və baldır nahiyəsinin kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.