Livanda rabitə cihazları yenə partladı - 20 ölü, 460 yaralı var

19 Sentyabr 2024 08:08 (UTC+04:00)

Livanda rabitə cihazlarında baş verən yeni partlayışlar nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi "Telegram" kanalında məlumat yayıb. Məlumata görə, yaralıların sayı 460-a yüksəlib.

Ölən və yaralananların əksəriyyəti "Hizbullah" hərəkatının tərəfdarlarıdır.