Xəzər dənizində zəlzələ baş verib

19 Sentyabr 2024 04:35 (UTC+04:00)

Xəzər dənizində zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat verib. Məlumata görə, Bakı vaxtı ilə saat 03.47-də baş verən zəlzələnin maqnitudası 4, dərinliyi 77 kilometr olub.