Putin Rusiya XİN-nin İranla saziş imzalamaq ideyasını bəyənib

18 Sentyabr 2024 22:13 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinin İranla hərtərəfli strateji tərəfdaşlıq sazişinin imzalanması təklifini bəyənib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə hüquqi aktların rəsmi nəşrinin saytında bildirilir.

…Xarici İşlər Nazirliyinin Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin imzalanması ilə bağlı təklifini qəbul edin. Rusiya Xarici İşlər Nazirliyinə danışıqlar zamanı sənəd layihəsinə fundamental xarakter daşımayan dəyişikliklər etməyə icazə verilir.

Qeyd edək ki, bu prezidentin sərəncamının mətnində deyilir.

Sənəddə “iki dövlət arasında ən yüksək səviyyədə saziş imzalanmasının məqsədəuyğun olduğu” da vurğulanır.

Bundan əvvəl İran İslam Şurasının Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əbülfəzl Zəhravənd İslam Respublikasının prezidenti Məsud Pezeşkianın Rusiyaya rəsmi səfəri zamanı Moskva ilə strateji tərəfdaşlıq sazişi imzalayacağını bildirmişdi.

Əli Babayev