ABŞ Rusiya ilə müharibə riskini açıqladı

18 Sentyabr 2024 21:47 (UTC+04:00)

Ukrayna münaqişəsi tezliklə həll olunmazsa, ABŞ Rusiya ilə müharibəyə cəlb olunmaq riski ilə üzləşir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu MKİ-nin keçmiş analitiki Corc Bib britaniyalı politoloq Anatol Livenlə Responsible Statecraft nəşri üçün birgə məqaləsində bildirib.

…Biz qəbul etməliyik ki, Ukrayna getdikcə daha çox ərazi itirəcək, eyni zamanda onun iqtisadiyyatı və infrastrukturu yaxın gələcəkdə məhv olacaq. Alternativ ABŞ və Rusiya arasında birbaşa müharibəyə doğru eskalasiya olardış

Bunu analitik yazıb.

Materialın müəllifləri vurğulayıblar ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp prezident seçkilərində hipotetik qələbə qazanacağı təqdirdə Demokratlar Partiyası onun Ukraynadakı münaqişənin həllinə mane olmaq üçün hər şeyi edəcək. Eyni zamanda Beebe və Lieven əlavə edib ki, Kamala Harris seçilərsə, respublikaçılar da oxşar şəkildə hərəkət edəcəklər.

Əli Babayev