Hindistan Rusiyadan nefti endirimli qiymətlərlə almağa hazırdır

18 Sentyabr 2024 21:26 (UTC+04:00)

Hindistan Qərbin sanksiyaları altında olmayan Rusiya şirkətlərindən nefti endirimli qiymətlərlə almağa hazırdır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Cənubi Asiya respublikasının neft və təbii qaz naziri Hardeep Singh Puri Reuters agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Qərbin Rusiyaya qarşı sanksiyaları Rusiya neftinin qiymətlərində məhdudiyyətlərə səbəb olub və Hindistan “hər kəsdən” mümkün olan ən aşağı qiymətlərlə neft və təbii qaz almağa hazırdır.

Əli Babayev