"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı

18 Sentyabr 2024 20:43 (UTC+04:00)

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunu Stefano Pioli çalışdıracaq.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

58 yaşlı italiyalı mütəxəssis bu postda ötən gün komandadan göndərilən Luiş Kaştrunu əvəzləyib. O, son olaraq ölkəsinin "Milan" kollektivini çalışdırıb.

Qeyd edək ki, "Əl-Nəsr" klubu son 6 oyunda 2 qələbə qazanıb, 3 heç-heçə edib və 1 dəfə məğlub olub.