Moskva Pakistanın müraciətindən məmnundur

18 Sentyabr 2024 20:26 (UTC+04:00)

Aleksey Overçuk bildirib ki, Rusiya Pakistanın BRİKS-ə müraciətini dəstəkləyib. O qeyd edib ki, assosiasiya ölkələrinin xüsusi qardaşlıq münasibətləri bir çox dövlətləri özünə cəlb edir.

SİA-nın əldə etdiyi məlumata görə, Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Moskva Pakistanın BRİKS-ə qoşulmaq cəhdini yüksək qiymətləndirir.

O qeyd edib ki, BRİKS ölkələri arasında yaranmış xüsusi qardaşlıq münasibətləri dünyanın bir çox dövlətlərini cəlb edir.

Overçuk vurğulayıb ki, Rusiya İslamabadın assosiasiyaya üzv olmaq istəyindən məmnundur.

Onu da əlavə edək ki, 2023-cü ilin noyabrında Pakistan BRİKS-ə qoşulmaq üçün müraciət edib. İslamabad bu məsələdə Moskvanın dəstəyinə ümid etdiyini bildirib.

Əli Babayev