Kobaxidze ABŞ-ı ittiham edib

18 Sentyabr 2024 20:17 (UTC+04:00)

Gürcüstanın baş naziri hesab edir ki, ABŞ respublika vətəndaşlarına qarşı sanksiyaları ilə Tbilisi ilə Vaşinqton arasında münasibətləri pozur.

Onun sözlərinə görə, ABŞ-ın bu davranışı münasibətlərin yenidən qurulmasına kömək etmir.

ABŞ-ın Gürcüstana qarşı tətbiq etdiyi sanksiyalar ölkələr arasında münasibətlərin yenidən qurulmasına kömək etmir. SİA-nın əldə etdiyi məlumata görə, bu bəyanatla sentyabrın 17-də respublikanın baş naziri çıxış edib.

İrakli Kobaxidze vurğulayıb ki, bu sanksiyalar gürcü-amerikan əlaqələrini məhv edir.

...Təbii ki, bu cür addımlar, bu cür qərarlar münasibətlərin yenidən qurulmasına kömək etmir... Dünən atılan addım məhz gürcü-amerikan münasibətlərini pozmaq üçün atılıb.

Gürcüstanın baş naziri belə hesab edir.

Əli Babayev