Məhkəmə Armen Aramyanı qiyabi həbs edib

18 Sentyabr 2024 20:08 (UTC+04:00)

Moskvanın Basmannı məhkəməsi “Doxa” onlayn jurnalının redaktoru və təsisçilərindən biri Armen Aramyanı qiyabi həbs edib.

SİA-nın əldə etdiyi məlumata görə, o, iki cinayət maddəsi ilə ittiham olunur: Rusiya ordusu haqqında qondarma saxta məlumatlar yaymaq və terrora haqq qazandırmaq. Hər iki ittiham Aramyanın internetdə verdiyi açıqlamalara görə irəli sürülüb. Aramyana qarşı iş may ayında başlayıb, avqustda isə axtarışa verilib.

Qeyd edək ki, o da, digər “Doxa” əməkdaşları kimi Rusiyada yaşamır.

Bu, Aramyanın ikinci cinayət işidir. 2022-ci ilin aprelində o, həmçinin “Doxa” jurnalındakı həmkarları Alla Qutnikova, Nataşa Tışkeviç və Vladimir Metelkin yetkinlik yaşına çatmayanların qanunsuz hərəkətlərə cəlb edilməsi maddəsi ilə təqsirli biliniblər.

Əli Babayev