Zaxarova Kişinyovu ittiham edib

18 Sentyabr 2024 19:34 (UTC+04:00)

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Kişinyov Rusiyada moldovalılara qarşı ayrı-seçkilik edir.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə “Noi.md” məlumat yayıb.

Bəyanata səbəb Moldovanın Avropa İttifaqına daxil olması ilə bağlı referendumda və oktyabrda keçiriləcək respublika prezident seçkilərində səs vermək üçün Rusiyada seçki məntəqələrinin azaldılması olub.

Zaxarovanın sözlərinə görə, moldovalıların Rusiyada səsvermə hüququ onlara öz ölkələrinin həyatındakı ən mühüm məsələlərlə bağlı çıxış etmək imkanı verir.

O, Moldova hökumətinin seçki məntəqələrinin ixtisarı faktını “insan hüquqlarının və demokratik normaların kobud şəkildə pozulması” adlandırıb.

Moldova Mərkəzi Seçki Komissiyası Rusiyada səkkiz min seçicinin qeydə alındığı cəmi beş seçki məntəqəsi açıb. …Yeri gəlmişkən, iki min nəfərin seçkilərdə iştirak edəcəyi İtaliyada 60 seçki məntəqəsi təşkil olunacaq.

Əli Babayev