Prokurorluq əməkdaşları qanvermə aksiyasında iştirak ediblər

18 Sentyabr 2024 19:22 (UTC+04:00)

Prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümü ərəfəsində ənənəvi olaraq qan köçürülməsinə ehtiyac duyan vətəndaşlarımıza dəstək vermək məqsədilə sentyabrın 18-də könüllü qanvermə aksiyası təşkil olunub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, aksiya qurumun mərkəzi aparatı, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Hərbi Prokurorluq, Naxçıvan Muxtar Respublikası Prokurorluğu, eləcə də rayon, şəhər prokurorluqları və ərazi hərbi prokurorluqlarının əməkdaşlarının iştirakı ilə keçirilib.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının birgə təşkilatçılığı ilə reallaşdırılan aksiyada ümumilikdə 190 prokurorluq əməkdaşı iştirak edib.