Skillaçi uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib

18 Sentyabr 2024 19:16 (UTC+04:00)

Futbol üzrə İtaliya millisinin sabiq hücumçusu Salvatore Skillaçi 60 yaşında vəfat edib.

SİA xəbər verir ki, kədərli hadisə ilə bağlı “Yuventus”un mətbuat xidməti məlumat yayıb.

Futbolçunun uzun müddət xərçənglə mübarizə apardığı və ölümündən bir müddət əvvəl xəstəxanaya yerləşdirildiyi məlum olub.

Xatırladaq ki, futbolla bağlı fəaliyyəti ərzində “Messina”, “İnter”, “Yuventus” və “Jubilo İvata”da çıxış edən idmançı peşəkar karyerasını 1997-ci ildə başa vurub.

Nazlı Almuradova