Wildberries ofisində baş verən atışmanın ilk görüntüləri...

18 Sentyabr 2024 18:45 (UTC+04:00)

"Wildberries and Russ" birləşmiş şirkətinin mətbuat xidməti Moskvanın mərkəzindəki marketplace ofisində atışmanın ilk görüntülərini dərc edib.

SİA-nın əldə etdiyi məlumata görə, videonu RİA Novosti paylaşıb.

Səs yazısında 12 saniyə ərzində atəş səsi eşidilir. Həmçinin videoda ofisin atışma baş verən hissəsində kişilərin qışqırdığını və bir qrup insanı görə bilərsiniz.

Görüntülərdəki işçilərin bəziləri zalı tərk edərək dəhlizə çıxır, daha iki kişi liftdə gizlənir.

Qeyd edək ki, bundan əvvəl “Romanov Dvor” biznes mərkəzində Wildberries ofisinin girişində atışma olduğu barədə məlumat verilmişdi.

Wildberries and Russ birləşmiş şirkətinin mətbuat xidmətinin məlumatına görə, onlayn pərakəndə satış şirkətinin müştərək sahibi, mühafizəçi Vladislav Bakalçuk binaya girməyə cəhd edib.

İlk atəş açan onun adamları olub. Təhlükəsizlik qüvvələri 30 nəfəri saxlayıb. Hazırda Wildberries ofisinin iki təhlükəsizlik işçisinin öldüyü və birinin yaralandığı məlumdur.

Əli Babayev