Rusiyada yeni Forthing T5 krossoverinin satışına başlanılıb.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə distribyutor şirkəti Ixen Motors Rus məlumat yayıb.
Qeyd edək ki, avtomobillər Kalininqraddakı Avtotor zavodunda istehsal olunur, modelin qiyməti 1,95 milyon rubl təşkil edir. Brendin mətbuat xidmətindən bildiriblər ki, bəzi şəhərlərdə Forthing T5-ə tələb təklifi üstələyib və demək olar ki, birinci partiyadan olan bütün modellər tez satılıb.
Uzunluğu 4545 mm və təkər bazası 2720 mm olan yeni Forthing T5 ölçülərinə görə Chery Tiggo 7 Pro Max ilə müqayisə edilə bilər. Yeni məhsul müstəqil çoxbucaqlı asma, 144 at gücünə malik Mitsubishi-dən 1,5 litrlik 4J15T turbo mühərriklə təchiz edilib.
AI-92 benzin istehlak edir və fırlanma anı çeviricisi olan 6 pilləli avtomatik transmissiya ilə birləşdirilir.
Model bir konfiqurasiyada qızdırılan ön oturacaqlar, ruslaşdırma ilə multimedia sistemi, eko-dəri oturacaqlar, arxa görüntü kamerası, açarsız giriş, arxa park sensorları, quraşdırılmış videoregistrator, altı dinamikli audio sistemi və elektrik yük qapısı ilə təqdim olunur.
Nazlı Almuradova