Moskva vilayətində miqrantlara xidmət sektorunda işləmək qadağan olunacaq

19 Sentyabr 2024 00:25 (UTC+04:00)

Yeni ildən Moskva vilayətinin hakimiyyət orqanları miqrantlara regionda bir çox fəaliyyət növlərini qadağan edəcək.

...Yanvarın 1-dən alkoqol və tütün ticarəti, qeyri-stasionar pərakəndə satış obyektlərində küçə yeməkləri, sosial xidmətlər, o cümlədən idman, mədəniyyət, istirahət, səhiyyə və təhsil sahələrində patent əsasında xarici işçi qüvvəsinin cəlb edilməsinə qadağa qüvvəyə minəcək.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu dövlət xidmətlərinin məlumatında deyilir.

Baş nazirin müavini Natalya Maslenkina qərarı şərh edərkən, bunun yerli sakinlərin əcnəbilərin işi ilə bağlı artan şikayətləri ilə əsaslandırıldığını və potensial münaqişələrin minimuma endirilməsinə kömək etməli olduğunu söyləyib. Maslenkinanın sözlərinə görə, gələcəkdə Moskva vilayəti Rusiyanın patent üzərində işləməyə tam qadağa tətbiq edən 22 bölgəsinə qoşulmaq istəyir.

Bundan əvvəl Agentlik hesablamışdı ki, miqrantların işinə məhdudiyyətlər Rusiya regionlarının üçdə birində tətbiq edilib.

Hazırda miqrantlara taksilərdə işləmək qadağandır. Bu səbəbdən, Yandex Go xidmətinin liderlərindən biri Anton Petrakovun proqnozuna görə, 2024-cü ilin sonuna qədər Rusiyada taksi sürücüsü çatışmazlığı 130 min nəfər olacaq. Onun sözlərinə görə, daşıma qiymətləri “on faizlərlə” arta bilər.

Qeyd edilməlidir ki, “Crocus City Hall” konsert zalında 145 nəfərin ölümü və 550-dən çox insanın yaralanması ilə nəticələnən terror aktından sonra Rusiyada miqrantlara qarşı ksenofobiya hissləri daha da kəskinləşib. Ölkənin müxtəlif bölgələrində hüquq-mühafizə orqanları əcnəbi işçilərin yaşayış və xidmət yerlərində reydlər keçirməyə başlayıb. 2024-cü ilin əvvəlindən Daxili İşlər Nazirliyi 65 mindən çox əcnəbi vətəndaşı ölkədən çıxarıb, həmçinin 120 min nəfərin ölkəyə girişini bağlayıb. Rusiyaya miqrant axını son 10 ilin minimum həddinə düşüb və bu, iqtisadçıların fikrincə, ölkədəki kadr böhranını ciddi şəkildə gərginləşdirə bilər.

Doğrudanmı, “Rusiyanı ağılla dərk etmək mümkün deyil”?

Əli Babayev