Zelenskinin partiyasından olan deputat Ukraynadan qaçıb..?

18 Sentyabr 2024 18:06 (UTC+04:00)

Prezident Vladimir Zelenskinin “Xalqın xidmətçisi” partiyasından olan ukraynalı deputat Andrey Odarçenko rüşvətxorluqda ittiham olunaraq xaricə qaçıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə UNİAN yazıb.

Deputat son iki gündə Ali Radanın iclaslarında iştirak etməyib. Prokurorluq və vəkillər onun harada olduğunu bilmirlər. İdarə etiraf edib ki, Odarçenko Ukrayna ərazisini daim səyahət etdiyi Zakarpat vilayəti vasitəsilə tərk edib. Odarçenko nəzarətində olan universitetin təmiri üçün 50 min dollar (18 sentyabr tarixinə olan məzənnə ilə 4,5 milyon rubl) məbləğində rüşvət almaqda şübhəli bilinir.

Noyabrda o, 15 milyon qrivna (33 milyon rubl) girov müqabilində azadlığa buraxılıb.

Bundan əvvəl Andrey Odarçenko Ukraynanın Krımı və Donbası təslim etməli olduğunu bildirmişdi.

…Niyə bizə bu Donetsk və Luqansk, Krım lazımdır - cəhənnəmə. Təəssüf ki, aydındır, amma razılığa gəlmək lazımdır.

Bunu Andrey Odarçenko bildirmişdi.

Əli Babayev