Lloyd Ostin İsrailə səfər edəcək

18 Sentyabr 2024 17:53 (UTC+04:00)

ABŞ-ın müdafiə naziri Lloyd Ostinin ''Hizbullah''la gərginliyi müzakirə etmək üçün İsrailə səfər edəcəyi gözlənilir.
SİA-nın əldə etdiyi məlumata görə, ABŞ-ın “Axios” xəbər platforması Lloyd Ostinin sentyabrın 22-23-də İsrailə səfər edəcəyini bildirib.
Oktyabrın 8-dən etibarən sərhəddə İsrail ordusu ilə ''Hizbullah'' arasında toqquşmalar yaşanır.
Bildirilir ki, dünən İsrailin Livandakı rabitə qurğularını partlatması nəticəsində ''Hizbullah''la gərginlik daha da artıb.
Təl-Əviv rəhbərliyinin Livana genişmiqyaslı hücuma keçə biləcəyi ilə bağlı xəbərlər getdikcə artır.