Şəmkir sakini ağacdan yıxılaraq ölüb

18 Sentyabr 2024 17:05 (UTC+04:00)

Şəmkir rayonu Dəllər Cəyir kəndində ölümlə nəticələnən bədbəxt hadisə qeydə alınıb. SİA-nın məlumatına görə, hündür ağacdan yıxılaraq ağır xəsarət alan kənd sakini xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.