Biləsuvarda ağır qəza - 4 nəfər yaralandı

18 Sentyabr 2024 16:37 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan SİA-ya bildirilib ki, yol-nəqliyyat hadisəsi saat 13 radələrində Bəhrəmtəpə-Biləsuvar yolunun Ağayrı kəndindən keçən hissəsində baş verib.

R.Hümmətovun idarə etdiyi "Hyundai" markalı minik avtomobili ilə Ə.Abıyevin idarə etdiyi "Belarus" markalı traktor toqquşub. Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü və minik maşınında olan 2 sərnişin xəsarət alıb.

Araşdırma aparılır.