Ukrayna gecə saatlarında 54 PUA ilə torpaqlarımıza hücum etdi - Rusiya

18 Sentyabr 2024 15:04 (UTC+04:00)

Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukrayna gecə saatlarında 54 pilotsuz uçuş aparatı (PUA) ilə Rusiya ərazisinə hücum edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Nazirlikdən hücumla bağlı verilən açıqlamada bildirilib: “Dünən gecə Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki terror obyektlərinə təyyarə tipli PUA-larla hücum cəhdinin qarşısı alınıb”.

Açıqlamada Rusiya hava hücumundan müdafiə sistemlərinin ümumilikdə 54 PUA-nı zərərsizləşdirdiyi, Kursk vilayətində 27, Bryansk vilayətində 16, Smolensk vilayətində 7, Belqorod vilayətində 3 və Orel bölgəsində 1 PUA-nın vurulduğu bildirilib. Digər tərəfdən, Tver vilayəti administrasiyasından verilən açıqlamaya görə, Toropets şəhərində qəzaya uğrayan PUA dağıntılarının və bunun nəticəsində baş verən yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Tver vilayətinin qubernatoru İqor Rudenya PUA-nın Rusiya ərazisinə hücumlarının qarşısı Rusiya Silahlı Qüvvələrinin müdafiə sistemləri tərəfindən alındığını və PUA-ların düşdüyü yerlərdə yanğınların baş verdiyini bildirib. Yanğının baş verdiyi ərazidə yaşayan insanların təxliyə edildiyini bildirən Rudenya, söndürmə işlərinin davam etdiyini bildirib. Rudenya təxliyyə edilən mülki şəxslərin müvəqqəti sığınacaqlara yerləşdirilməsi və yardımların təşkili barədə göstəriş verib. Sosial şəbəkələrdə gecə yarısı Toropets şəhərində baş verən partlayış nəticəsində nəhəng yanğının baş verdiyi görüntüləri əks olunub.