Qəzzada ölənlərin sayı 41 min 272-yə çatıb

18 Sentyabr 2024 14:04 (UTC+04:00)

İsrailin ölüm yağdırdığı Qəzzada ölənlərin sayı 41 min 272 nəfər çatıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrail 348 gündür Qəzza zolağında qırğınlarını davam etdirir.

Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada son 24 saatda Qəzza zolağına edilən iki hücumda 20 fələstinlinin həyatını itirdiyi, 54 fələstinlinin isə yaralandığı bildirilib.

Qeyd edək ki, İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayının 41 min 272, yaralıların sayının isə 95 min 551-ə yüksəldiyi qeyd edilib.