Yunanıstana qaçmaq istəyən 3 terror şübhəlisi tutulub

18 Sentyabr 2024 14:00 (UTC+04:00)

Türkiyənin Ədirnə şəhərindən Yunanıstana qaçmağa cəhd edən 3 terror şübhəlisi yaxalanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, mərkəzdəki 1-ci dərəcəli hərbi qadağa zonasında həyata keçirdikləri əməliyyatlarda təhlükəsizlik qüvvələri qeyri-qanuni yollarla Yunanıstana getməyə çalışan FETÖ/PDY şübhəlisini, eləcə də PKK/KCK silahlı terror təşkilatına üzv olmaq cinayəti ilə axtarışda olanı saxlayıb.

Şübhəlilər əməliyyatlarının ardından jandarma qruplarına təhvil verilib.