Cənubi Afrikada qatar relsdən çıxıb - çoxlu yaralı var

18 Sentyabr 2024 13:56 (UTC+04:00)

Cənubi Afrikada sərnişin qatarının relsdən çıxması nəticəsində 25 nəfər xəsarət alıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, dünən axşam saatlarında Cənubi Afrika Respublikasının Qərbi Keyp əyalətində Dal Cosafat stansiyası yaxınlığında qatar qəzası baş verib. Keyptaundan Vellinqton şəhərinə gedən sərnişin qatarının iki vaqonu relsdən çıxıb. Vestern Cape Metrorail dəmir yolu xidmətlərindən verilən açıqlamada, qəzada yaralanan 25 sərnişinin təcili yardım maşınları ilə ətraf xəstəxanalara aparıldığı və can itkisinin olmadığı bildirilib.

Hadisə yerinə yanğınsöndürmə, polis qrupları sövq edilib və qəza ilə bağlı araşdırma başladılıb.