İtaliya A Seriyasının komandalarından olan "Roma" baş məşqçi Daniele De Rossi ilə yollarını ayırdığını açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya nəhəngi "Roma"nın baş məşqçisi Daniele De Rossi istefaya göndərilib.
Klubdan verilən açıqlamada məqsədin mövsümün əvvəlində ayrılma qərarının verildiyi, "Roma"nın sürətlə irəliləməsi olduğu bildirilib. Açıqlamada De Rossiyə işinə görə təşəkkür edilib. Yaxın vaxtlarda yeni məşqçi ilə bağlı açıqlamaların veriləcəyi bildirilib.