COP29-la bağlı Ermənistan tərəfi qərar verməlidir - HİKMƏT HACIYEV

18 Sentyabr 2024 12:44 (UTC+04:00)

COP29-da hansı səviyyədə iştirakla bağlı Ermənistan tərəfinin özü qərar verməlidir. SİA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.