İş və istirahət günlərinin yerləri dəyişdirildi

18 Sentyabr 2024 12:42 (UTC+04:00)

İş və istirahət günlərinin yerləri dəyişdirilib. SİA xəbər verir ki, Baş nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib.

Qeyd edək ki, Azərbaycanda Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar noyabr ayının 8-i və 9-u qeyri-iş günüdür.

Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, noyabrın 9-u şənbə gününə təsadüf etdiyindən 11-i də qeyri iş günü hesab olunur