"Abşeron" oyunçusu ilə yeni müqavilə bağlayıb

18 Sentyabr 2024 11:24 (UTC+04:00)

"Abşeron" basketbol klubu Nəcəf Babayevlə yeni müqavilə bağlayıb. SİA klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, oyunqurucusu ilə müqavilənin müddəti qarşıdakı mövsüm üçün nəzərdə tutulub.

Qeyd edək ki, N.Babayev aşağı yaş qrupları (U-16, U-18 və U-20) üzrə milli komandların heyətində də çıxış edib.